Bakıda məktəb direktoru vəfat edib.
KONKRET.az-ın məlumatına görə, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri 270 nömrəli tam orta məktəbin direktoru Əli İsgəndərov vəfat edib:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və kollektivi Bakı şəhəri 270 nömrəli tam orta məktəbin direktoru Əli İsgəndərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir”.

