Bakıda nənə və nəvəni maşın vurdu – Qadın öldübackend

Bakıda nənə və nəvəni maşın vurdu - Qadın öldü

Daxili İşlər Nazirliyi (DİN) Bakıda nənə və nəvənin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub.

Nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*