Bakıda qətl törədildibackend

Bakıda qətl törədildi

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu F.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov münaqişə zəminində Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Arda Qurbanlını bıçaqla öldürüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qüdrət Mahmudov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Araşdırma rayon prokurorluğu tərəfindən aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*