Bakıda su basmış yerlərdən suyun çəkilməsinə başlanıldıbackend

Bakıda su basmış yerlərdən suyun çəkilməsinə başlanıldı

Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar su basmış yerlərdən suyun çəkilməsinə başlanılıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və nazirliyin qüvvələri ərazilərə cəlb olunub:

“Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*