backend

Bakıda tibb bacısı faciəvi şəkildə öldü

Bakıda dəm qazı daha bir faciəyə səbəb olub.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Moskva prospekti ev 62, mənzil 19-da yaşayan 1957-ci il təvəllüdlü Şəhla Həsənova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, Ş.Həsənova Respublika Klinik Xəstəxanasında tibb bacısı vəzifəsində çalışıb.

  • Farida
    Aprel 22, 2020 - 11:18

    niya weydiyyata duwa bilmiram

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*