Bakıda torpağın qiyməti ucuzlaşdı – ƏTRAFLIbackend

Bakıda torpağın qiyməti ucuzlaşdı - ƏTRAFLI

Koronavirus pandemiyası Bakıda torpağın və ticarət obyektlərinin qiymətinin ucuzlaşmasına səbəb olub.

KONKRET.az-ın məlumatına görə, “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ay ərzində torpaq bazarında qiymətlər 0.9 faiz azalıb.

N.İbrahimov vurğulayıb ki, kommersiya obyektləri bazarında isə qiymətlər mart ayı ərzində 5.54 faiz ucuzlaşıb.

Ekspert əlavə edib ki, ümumilikdə ötən ay ərzində daşınmaz əmlak bazarında 2.6 faiz azalma olub.

Ekspertin sözlərinə görə, pandemiya səbəbindən daşınmaz əmlak bazarında fəallıq demək olar ki, dayanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*