Bakıda ev qiymətinə telefon nömrələri satılır – FOTObackend

Bakıda ev qiymətinə telefon nömrələri satılır - FOTO

Son zamanlar mobil operatorların xüsusi indeksli və nadir kombinasiyalı telefon nömrələri onlayn elan platformalarında astronomik qiymətlərlə satışa çıxarılır.

Bəzi SİM-kartların qiymət etiketləri hətta paytaxt Bakıda tam təmirli mənzil qiyməti ilə yarışacaq həddə çatıb.

KONKRET.az “Yeni Sabah”a istinadla xəbər verir ki, təqdim olunan elanlar arasında ən bahalı təkliflər sırasına 120 000 manatlıq qiymətlə “(050) 666-66-66” və “(051) 555-55-55” nömrələri rəhbərlik edir. Eyni rəqəmlərin ardıcıl təkrarlanmasından ibarət olan bu kombinasiyalar faktiki olaraq mənzil qiymətinə təklif olunur.

Diqqət çəkən digər yüksək qiymətli elanlar isə aşağıdakılardır:

(050) 288-88-88 nömrəsi üçün satıcı 85 000 manat tələb edir.

(051) 900-00-00 nömrəsi isə 72 000 manata alıcı axtarır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*