Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? – Videobackend

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin baş nazirin müavini Şahin Mustafayevin əlini qəribə formada sıxması Azərbaycanda haqlı narazılığa səbəb olub, çünki qarşılama və görüş forması xoşagələn deyil.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, Rzayinin hərəkəti – görüş zamanı Mustafayevin barmaq uclarını sıxması iki cür yozula bilər: məsafə saxlamaq, soyuqluğunu bildirmək, yaxud özünü (həm də ölkəsini) qarşısındakından üstün göstərmək;

Bu davranışın bilərəkdən edilmədiyini düşünmək olardı, lakin belə görüşlərdə diplomatik etiket həssas olur, digər tərəfdən, hərəkəti Rzayinin etməsi bunun Azərbaycana qarşı qəsdli olduğu fikrini ön plana çıxarır. SEPAH-ın keçmiş komandanı olmuş Rzayi İranda sərt xəttin tərəfdarıdır və Azərbaycana qarşı münasibətdə keşikçilərin qeyri-adekvat mövqeyindən çıxış edir. Hərçənd, Rzayinin bu hərəkəti nəticə olaraq sıfırdır və yalnız Azərbaycan cəmiyyətində İrana olan inamsızlığı daha da artırır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*