Oman sahillərində neft tankeri hücuma məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Qeyd edilir ki, naməlum mərmi Omandan dörd dəniz mili şərqdə tankeri vurub.
Məlumata görə, tanker Hörmüz boğazından çıxış istiqamətində hərəkət edərkən zərbəyə məruz qalıb. Zərbədən sonra gəmidə kiçik yanğın və elektrik enerjisinin kəsilməsi baş verib. Yanğın daha sonra söndürülüb və tanker hərəkətini davam etdirib.
Ekipaj üçün hazırda təhlükə yoxdur və ətraf mühitə heç bir təsir qeydə alınmayıb.
Bəzi mənbələr tankerin Küveyt Neft Şirkətinə məxsus “Kazimah III” olduğunu bildirir.
KONKRET.az
