Bakıda universitet yataqxanası soyuldubackend

Bakıda universitet yataqxanası soyuldu

Bakıda yataqxana qarət edilib.

KONKRET.az Trend-ə istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən universitet yataqxanalarının birində baş verib.Həmin yataqxanada yaşayan qadının mənzilindən pəncərəni sındırmaq yolu ilə 15 min manat pul, 300 manat dəyərində velosiped və məişət əşyaları oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Naib Abdullayev, 1993-cü il təvəllüdlü Mehman Əlixananov, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü İmran Əlixananov müəyyən olaraq tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*