FHN Bakıdakı partlayışla bağlı məlumat yaydı – VİDEO/YENİLƏNİBbackend

FHN Bakıdakı partlayışla bağlı məlumat yaydı - VİDEO/YENİLƏNİB

Məlumat verildiyi kimi, ötən gecə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 19 ünvanında yerləşən binada yanğınla nəticələnən partlayış baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınla nəticələnən partlayışın beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verdiyi və yanğının hər an genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və digər mənzillərə keçməsinə imkan verilməyib.

Partlayışın təsirindən ümumi sahəsi 36m² olan ikiotaqlı mənzilin bir otağının arakəsmə divarı və eyvanı dağılıb, yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 13m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Hadisə zamanı mənzildə kirayəçi yaşayan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

23:58

Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.

***

23:25

Bakıda yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub.

KONKRET.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Nizami rayonunda, Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən binada qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*