Bakıdakı oyunda “Dinamo”nun qapısını ukraynalı deputatın oğlu qoruyacaqbackend

Bakıdakı oyunda "Dinamo"nun qapısını ukraynalı deputatın oğlu qoruyacaq

Ukraynanın “Dinamo” (Kiyev) komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyununa da ciddi itki ilə çıxacaq.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, Kiyev təmsilçisinin əsas qapıçısı Ruslan Neşeret Bakıda qarşılaşmanı da buraxacaq.

“Dinamo”nun qapısını ilk matçda olduğu kimi, bu dəfə də Vyaçeslav Surkis qoruyacaq. O, komandanın ikinci qapıçısıdır.

Surkis vaxtilə “Dinamo”nun prezidenti olmuş, hazırda deputat kimi fəaliyyət göstərən Qriqori Surkisin oğludur. “Dinamo”nun hazırkı prezidenti İqor Surkis isə onun əmisidir.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*