Bakılı milyarder qadının bank hesabına həbs qoyuldubackend

Bakılı milyarder qadının bank hesabına həbs qoyuldu

Portuqaliya Prokurorluğu keçmiş Anqola prezidentinin qızı və milyarder İzabel Duş Santuşun bank hesabına həbs qoyulması barədə qərar verib.

KONKRET.az xəbər verir ki, qadın milyader Anqola dövlət neft şirkəti sayılan “Sonangol”a məxsus 1 milyard dollardan artıq vəsaiti mənimsəməkdə ittiham olunur.

Son vaxtlara qədər “Forbes” jurnalı Duş Santuşun sərvətini 2,1 milyard dollar səviyyəsində qiymətləndirirdi. Lakin onun barəsində cinayət prosesi başlandıqdan sonra bu məbləğ 100 milyon dollara düşüb.

Joze Eduardu Duş Santuş 1979-2017-ci illərdə Anqola prezidenti olub. Onun qızı İzabela isə “Sonangol” neft şirkətinə 2016-2017-ci illərdə başçılıq edib. Bu müddətdə şirkətin 700 mindən artıq sənədi incələnib və ciddi korrupsiya faktları, neft pullarının ofşor şirkətlər vasitəsilə xaricə köçürüldüyü müəyyən olunub.

Hazırda Anqola xaricində olan İzabel Duş Santuş Rusiya pasportuna malikdir. Belə ki, onun atası Joze Eduardo duş Santuş Bakıda Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (indiki Dövlət Neft və Sənaye Universiteti) oxuyarkən tələbə yoldaşı Tatyana Kukanovaya vurulur  və onunla evlənir. Bu nikahdan 1973-cü ildə qızları İzabel Duş Santuş dünyaya gəlir. SSRİ-də anadan olan prezident qızı SSRİ pasportunu 1991-ci ildə Rusiya pasportu ilə dəyişib. Hazırda o, Birləşmiş Ərəb Əmirliklərində yaşayır.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*