Bakının bu rayonunda su kəsildibackend

Bakının bu rayonunda su kəsildi

Bakının Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar, rayonun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.

Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*