Bakının bu yollarında hərəkət MƏHDUDLAŞDIRILIRbackend

Bakının bu yollarında hərəkət MƏHDUDLAŞDIRILIR

Aparılan təmir işləri ilə əlaqədar olaraq iyulun 11-12-də Bakının Ziya Bünyadov prospektinin “20 yanvar” metrosu istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə KONKRET.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin, o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə qurum bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*