Bakının istədiyi dəhliz İrəvana nə verəcək? – Tavadyandan ŞƏRHbackend

Bakının istədiyi dəhliz İrəvana nə verəcək? - Tavadyandan ŞƏRH

Regionda kommunikasiyaların açılmasını tək bir yox, bütün tərəflər aparmalıdırlar.

KONKRET.az xəbər verir ki, bunu erməni iqtisadçı Aşot Tavadyan deyib.

O iddia edib ki, Azərbaycanın Mehri koridorunun açılmasında təkid edir, amma Ağdərə-Vardenis yolunu bağlayır.

Tavadyan bir sıra marşrutların, xüsusilə Mehridən açılacaq dəhlizin Ermənistana sərf etdiyini deyib:

“Bu dəhliz sayəsində Naxçıvandan Ermənistanın mərkəzinə yol olacaq, beləliklə də İrəvanın cənub və mərkəzi rayonları ilə əlaqəsi asanlaşacaq.

Hazırda Tiflis və ya Gürcüstanın Qara dəniz limanlarından İrəvana yük daşınması üçün çoxlu resurs sərf edilir. Naxçıvan dəmir yolunun açılması ilə Rusiya və Ermənistan arasında daha çox yük daşınacaq. Sovetlər dönəmində bu dəmir yolu RSFSR ilə Cənubi Qafqaz respublikaları arasında əsas yük magistralı idi. Ermənistan və Rusiya arasında əlaqə İcevandan Qazaxa açılacaq dəmir yolu sayəsində də güclənə bilər. Ona görə də bu məsələlər kompleks həll edilməlidir”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*