Yağıntılı hava şəraiti ilə bağlı Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir.
KONKRET.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata əsasən, hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:
– Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
– Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
– Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.