Paytaxtın Sabunçu rayonu ərazisində – Bakıxanov qəsəbəsində yerləşən və “Razin bazarı” kimi tanınan “Bakıxanov” Ticarət Mərkəzi yanır.
Bundan sonra isə Bəxtiyar Hacıyevin bir paylaşım əvvəlki paylaşımına Ülviyyə Yusifli adlı izləyicisi yanğınla bağlı bu videonu paylaşıb.
KONKRET.az xəbər verir ki, bu xəbəri ictimai fəal Bəxtiyar Hacıyev özünün Facebook hesabında paylaşıb. Həmin paylaşımı təqdim edirik:

Qeyd edək ki, artıq Fövqəladə Hallar Nazirliyi bununla bağlı rəsmi məlumat yayıb. Belə ki, FHN-nin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
