Bakıya Türkiyədə istehsal edilən 300 yeni avtobus gətirilir.
Konkret.az BAKU.WS-a istinadla xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal edilən avtobuslar yaxın aylarda Bakı yollarında istismara veriləcək.
Paytaxta gətirilən həmin avtobusların əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcəyi və Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə buraxılacağı gözlənilir.
BNA-nın sözçüsü Mais Ağayevin açıqlamasına görə, hazırda avtobusların gətirilməsi davam etdirilir. O bildirib ki, avtobusların 28-i 12 metrlik, 20-si isə 18 metrlikdir. M.Ağayev avtobusların qiyməti haqqında isə məlumatlı olmadığını söyləyib.
