Verilişə gedərkən itkin düşən 82 yaşlı qadın TAPILDI – YENİLƏNİBbackend

Verilişə gedərkən itkin düşən 82 yaşlı qadın TAPILDI - YENİLƏNİB

Tovuzdan Bakıya verilişə gələrkən itkin düşən 82 yaşlı qadın tapılıb.

KONKRET.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Tovuzun Hunanlar kənd sakini Firuzə Yusifovanın Bakı şəhərində olduğu yer müəyyən edilib.

DİN rəsmisi vurğulayıb ki, qadın gün ərzində ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Tovuz rayonunun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.

09:52

Tovuzda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Tovuz rayon Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.

Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*