KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı qondarma rejimin müşaviri Tiqran Abrahamyan öz Facebook səhifəsində Azərbaycan tərəfdən çoxsaylı haker hücumları və azərbaycanlı hakerlər tərəfindən erməni hesablarını sındırmaq cəhdləri barədə xəbər paylaşıb.
Onun sözlərinə görə, son zamanlar Azərbaycan tərəfindən anti-erməni, düşmənçilik təbliğatı və erməni cəmiyyətində çaşqınlıq yaratmaq məqsədi ilə bir çox strukturların istifadəçi hesablarına hücum halları intensivləşib.
“Bu cür halların dayandırılması, ictimaiyyətlə işləmək üçün informasiya təhlükəsizliyi ilə məşğul olan ölkənin səlahiyyətli orqanlarına müraciət edirəm. Bu hücumları dayandırın”.
