Balina insan yeyən köpəkbalığını parçaladı – Cənubi Afrika bu xəbərlərlə “əylənir”backend

Balina insan yeyən köpəkbalığını parçaladı - Cənubi Afrika bu xəbərlərlə "əylənir"

Cənubi Afrikada insan yeyən ağ köpəkbalığının cəsədi tapılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu tapıntı sosial mediada böyük müzakirələrə səbəb olub. İzləyicilər nəhayət köpəkbalığının cəzalanmasından məmnunluğunu gizlətməyib.

Məlum olub ki, ağ köpəkbalığını balina yeyib, sümükləri sahilə qədər gəlib çıxıb. Mediada qeyd edilmişdi ki, bir neçə insanın ölümünə səbəb olan ağ köpəkbalığı sonuncu dəfə delfini parçalamışdı.

Dəniz bioloqu Alison Tauner tərəfindən tapılan ağ köpəkbalığının uzunluğu dörd yarım metrə çatır. Yırtıcı balığın içərisində həzm olunmamış delfinin bədən hissələri tapılıb.

Qadın böyük ağ köpəkbalığının cəsədində xüsusi diş izlərini müəyyən edib. Məlum olub ki, ona Şərqi Keypdə balina hücum edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*