Bazar günü Rio-de-Janeyronun Quanabara körfəzində kiçik balıqçı gəmisinin batması nəticəsində 8 nəfər itkin düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.
Bildirilib ki, itkin düşənlər arasında 3 yaşlı uşaq və 14 yaşlı yeniyetmə də var.
Hadisə şahidlərinin sözlərinə görə, gəmi güclü külək nəticəsində batıb. Köməyə gələn yaxınlıqdakı qayıqların ekipajları 6 nəfəri sudan çıxara biliblər.
Məlumata görə, 8 nəfərin axtarışı davam edir.
İqbal Rzayev,
KONKRET.az
