Bankların müştərilərdən nağdlaşdırma zamanı komissiya tutuması məsələsi son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Xüsusilə də müxtəlif bankların fərqli tarif tətbiq etməsi və komissiya məbləğlərinin artması vətəndaşlarda suallar doğurur: Bu, qanunidirmi və nə dərəcədə əsaslıdır?
İqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bunun tamamilə qanuni olduğunu bildirib.

Ekspertin sözlərinə görə, banklar nağd pulu Mərkəzi Bankdan müəyyən komissiya ödəməklə əldə edirlər və bu proses onların xərclərini artırır:
“Bankların xərci var. Hər bir xidmətdən də qazanc əldə etməlidir. Banklar həmin xidmət üçün bankomat , işçi saxlayır. Bütün dünyada qəbul olunmuş praktikadır,” – Həsənov deyib.
Ekspert əlavə edib ki, nağdlaşdırma xidmətləri bankların əməliyyat yükünü artırdığı üçün komissiya tətbiqi beynəlxalq bankçılıq standartlarına tam uyğundur.
Aynurə İsmayıl
KONKRET.az
