Baş nazir 190 manat birdəfəlik ödənişlə bağlı QƏRAR VERDİbackend

Baş nazir 190 manat birdəfəlik ödənişlə bağlı QƏRAR VERDİ

Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərarında etdiyi dəyişikliyə əsasən, daha 6 rayon və o cümlədən 3 şəhərdə koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

KONKRET.az-ın məlumatına görə, bu siyahıya Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən və Xaçmaz rayonları, o cümlədən Mingəçevir və Şəki şəhərləri daxil edilib.

Dəyişikliyə əsasən, Yevlax rayonu isə siyahıdan çıxarılıb, siyahıya yalnız Yevlax şəhəri salınıb.

Beləliklə, Nazirlər Kabinetini “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” 23 iyun 2020-ci il 216 saylı qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi nəzərdə tutulurdu. Dəyişikliyə əsasən, 190 manat məbləğində bir dəfəlik ödəmə artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Yevlax (çıxıb), Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonlarına şamil ediləcək.

  • Togrul
    İyul 8, 2020 - 19:26

    mene hele sms gelmiyib 23 iyun kecmişem qeydiyyatdan

  • Paşayeva Ruhanə
    İyul 8, 2020 - 20:49

    Salam bəs başqa rayonlara verilmiyəcəkmi mən işsizəm işləmirəm nəylə dolanım

  • Ramin
    İyul 8, 2020 - 21:39

    Maydan kecmiwem qeydiyyatdan hele bir xeber gelmiyib.

  • Behruz
    İyul 9, 2020 - 12:58

    Mende rayon qeyydiyatiyam prosda bakida yawayiram mende iwsizem onlayn qeyydiyatdan kecmey olmur legv edibler evvel kecilib deyimden day onlayn baglanib qeyydiyat

  • Rafael
    İyul 9, 2020 - 13:41

    Salam Allah bele zalim hakimlərə lənət eləsin ki kasıb haqqını yeyirler .

  • Şelale
    İyul 10, 2020 - 15:00

    Salam niyə bəhs əksəriyyəti olan bütün rayonlara birdəfəlik ödəmə verilir amma lerik rayonuna verilmir

  • Şelale
    İyul 10, 2020 - 15:01

    Niyə lerik rayonuna birdefelik ödeme verilmir

  • Tural
    İyul 10, 2020 - 18:41

    İsmayıllı o siyahıda var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*