“Baş nazir üçün iki şüşə viski və bir şüşə rom verin” – Paşinyan adına xüsusi yazı olan İÇKİLƏR İÇİRbackend

"Baş nazir üçün iki şüşə viski və bir şüşə rom verin" - Paşinyan adına xüsusi yazı olan İÇKİLƏR İÇİR

“Baş nazir üçün 2 şüşə viski və 1 şüşə rom verin”. 

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Nikol Paşinyanın kadrının “təmsil xərcləri” adı altında bahalı içkilər aldığı məlum olub. O, Paşinyan üçün 2 şüşə viski və 1 şüşə rom alıb.

“Baş nazirin tez-tez alkoqollu içkilərlə dincəlməyə çalışdığı və hətta hökumət ofisində də həmişə masasının üstündə viski olması barədə davamlı söz-söhbətlər gəzir.

Paşinyan dövlət satınalmalarına güvənmir. Ona külli miqdarda içki verilir. Hətta bəzən Paşinyanın adına xüsusi yazı olan bahalı konyaklar hazırlayan zavoddan brend içkilər sifariş edilir. Bunlar bir qayda olaraq, Baş nazirə hədiyyə olaraq verilir.

Paşinyanın işçiləri bu dəfə “təmsilçilik xərcləri” adı altında 2 şüşə viski alıblar. “Akashi Blue blended” 0,7 l, “Tenjaku Pure Malt” 0,7 l və bir şüşə rom: “Saint James Millesime 2001″ 1 l. Viski 27 və 25 min dram, rom isə 32 min 500 dramdır. Yəqin ki, onun uğursuzluqlarını yalnız bahalı viskidə boğmaq olar”, – deyə media yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*