Baş nazir xəbərdarlıq etdi: “Növbəti 5-10 qış çətin olacaq”backend

Baş nazir xəbərdarlıq etdi: "Növbəti 5-10 qış çətin olacaq"

“Enerji qiymətlərinin artması səbəbindən qarşıdakı 5-10 qış çətin keçəcək”.

KONKRET.az xəbər verir ki, bunu Belçikanın Baş naziri Aleksandr de Kroo deyib.

Baş naziri artan enerji xərclərinin Belçika üçün uzunmüddətli iqtisadi çətinlik yaratdığını bildirib:

“Ölkəmizin bu çətinliklərin öhdəsindən gələcəyinə inanıram. Avropada çox çətin vəziyyət hökm sürür. Enerji qiymətlərinin artması səbəbindən bəzi sektorlar ciddi problemlərlə üzləşib. Vəziyyəti yaxından izləyirik, ən pis varianta hazır olmaq lazımdır”.

Qeyd edək ki, Belçika iqtisadiyyatı, xüsusilə enerjidən intensiv istifadə edən sektorlar da artan enerji qiymətlərindən təsirlənib. Bəzi sektorlarda istehsal gücü yarıya qədər azalıb. Ölkədəki təbii qazın təxminən dörddə biri sənaye obyektlərində istifadə olunur.//Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*