Baş nazirin avtomobil korteji qəzaya uğradıbackend

Baş nazirin avtomobil korteji qəzaya uğradı

Böyük Britaniyanın Baş Naziri Boris Consonun avtomobil korteji qəzaya uğrayıb.

KONKRET.az-ın “Telegraph”a istinadən verdiyi xəbərə görə, qəza parlament binasının qarşısında baş verib.

Belə ki, parlament binasının qarşısında aksiya keçirilən zaman hərəkətdə olan avtomobil kortejinin önünə etirazçı çıxıb. Sürücü avtomobilin qarşısına çıxan şəxsi vurmamaq üçün əyləci basıb, arxadan gələn avtomobil isə ona çırpılıb.

Hadisə B. Consonun mətbuat xidməti tərəfindən təsdiqlənib.

Bildirilib ki, hadisə zamanı B. Conson avtomobilin içərisində olub və qəza zamanı xəsarət alan olmayıb.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*