Xəbər verdiyimiz kimi, düşmən bu gün Gəncəni atəşə tutub.
KONKRET.az xəbər verir ki, Gəncənin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev düşmənin növbəti hücumuyla bağlı sərt açıqlama verib.
O deyib:
“Ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmamışdı. Amma görünən odur ki, düşmənimiz çox hiyləgər və yalançıdır. Ona görə də düşmənin başı əzilməli, kökləri kəsilməlidir”.
