Basqal kəndində yol tikintisində ikiyə bölünən evə görə kompensasiya ödəniləcək?backend

Basqal kəndində yol tikintisində ikiyə bölünən evə görə kompensasiya ödəniləcək?

 

Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunun Basqal kəndi ərazisində yol tikintisi zamanı evin yan-yörəsi qazılıb. Bundan sonra isə yolda çökmə əmələ gəlib və torpaq sürüşməsi baş verib. Nəticədə Mais Ağayusif oğlu Əhmədova məxsus ikimərtəbəli ikimərtəbəli tikili ikiyə bölünüb.

KONKRET.az xəbər verir ki, mövzuya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli münasibət bildirib.

O, oxu.az-a deyib ki, sözügedən obyekt işlək deyil və sahibinə kompensasiya ödəniləcək.

“Obyekt tikinti altına düşüb və sökülməsi nəzərdə tutulub. Buna görə obyekt sahibinə kompensasiya ödənilməsi üçün aidiyyəti üzrə müraciət olunub. Yaxın müddət ərzində obyekt sahibinə kompensasiyanın ödənilməsi təmin olunacaq”, – deyə A.Nəcəfli bildirib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*