Batalyon komandiri döyüşdən qaçdı, əsgərləri öldürüldü və əsir alındıbackend

Batalyon komandiri döyüşdən qaçdı, əsgərləri öldürüldü və əsir alındı

44 günlük Qarabağ müharibəsi zamanı döyüşdən qaçan daha bir erməni zabitinə qarşı cinayət işi qaldırılıb.

KONKRET.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qondarma “dqr müdafiə ordusu”nun təlim batalyonlarından birinin komandiri müharibə zamanı döyüş meydanından qaçıb. Nəticədə onun əsgərlərindən çoxu öldürülüb, əsir alınıb və yaralanıb. Bu haqda Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, bununla bağlı cinayət işi qalıdırılıb. Cinayət işinin materiallarına əsasən komandir İ.Vahanyan döyüş əməliyyatlarının gedişi zamanı öz funksiyalarını yerinə yetirməyib, birbaşa rəisinin-özündən yuxarı komandirin əmrinə tabe olmayıb və döyüş meydanını özbaşına tərk edib. Nəticədə batalyonun şəxsi heyəti ağır itkilər verib. Əldə olunmuş sübutlar əsasında Vahanyana ittiham elan olunub, o həbs edilib.

Xatırladaq ki, müharibə ərzində Ermənistan ordusunda 10 minə qədər fərari qeydə alınıb. Onların barəsində cinayət işləri qaldırılıb, lakin istintaq fərarilərin barəsində qərar verməyə çətinlik çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*