Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildibackend

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi

Avqustun 4 -də saat 17:45-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində 2 nəfər şəxsin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, qısa müddət ərzində Sahil Mühafizəsinin xidmətdə olan “Şahdağ” sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilib.

Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Abşeron rayon Masazır qəsəbə sakinləri 22 oktyabr 1995-ci il təvəllüdlü Əsədov Hüseyn Sultan oğlu və 31 mart 1991-ci il təvəllüdlü Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas edilərək, ilkin tibbi yardım göstərildikdən sonra “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılıblar.

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi

 

  • Nazira
    Avqust 5, 2022 - 14:43

    Edek

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*