ABŞ prezidenti Co Bayden Ukraynaya ikinci Amerika Patriot zenit-raket kompleksinin göndərilməsi ilə bağlı qərar qəbul edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Baydenin qərarı keçən həftə bir sıra yüksək səviyyəli görüşlərdən və ABŞ-ın döyüş hazırlığına xələl gətirmədən Ukraynanın gücləndirilmiş hava hücumundan müdafiəyə olan təcili ehtiyaclarının necə ödənilməsinə dair daxili müzakirələrdən sonra verilib.
Qeyd edək ki, ikinci Patriot sistemi Polşadan gələcək və burada ABŞ-a qayıdacaq Amerika qoşunlarının rotasiyasını qoruyacaq.
ABŞ rəsmilərinin dediyinə görə, sistem ehtiyac duyduğu texniki xidmətdən və ya modifikasiyalardan asılı olaraq yaxın bir neçə gün ərzində Ukraynada cəbhə xəttində yerləşdirilə bilər.
“Administrasiya rəsmiləri ümid edirlər ki, ABŞ-ın daha bir “Patriot” sisteminin yerləşdirilməsi müttəfiqləri də eyni addımı atmağa sövq edəcək”, – deyə ABŞ mediası yazıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
