Bayden İsrail və Ukraynaya 100 milyard dollarlıq yardım istəyəcəkbackend

Bayden İsrail və Ukraynaya 100 milyard dollarlıq yardım istəyəcək

ABŞ prezidenti Co Bayden Konqresə Ukrayna və İsrailə 100 milyard dollar dəyərində yardım üçün əlavə sorğu göndərməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

İsrailə yardım Konqresdə iki partiyanın dəstəyi ilə keçsə də, respublikaçı qanunvericilər son aylarda Ukraynaya əhəmiyyətli dərəcədə yardımın əleyhinə səs veriblər.

Bildirilib ki, tələb olunan yardım paketinin təfərrüatları hələ də işlənir. Bundan əlavə, razılaşdırılmış məbləğ bütün maliyyə ilini əhatə edəcək. Qeyd edək ki, Ukraynaya 24 milyard dollar yardım istəyən Ağ Evin əvvəlki müraciəti yalnız üç aylıq dövrü əhatə edirdi.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*