Rusiya Sankt-Peterburqdakı Rumıniya konsulluğunu bağlamaq və sözügedən ölkənin konsulunu ölkədən çıxarmaq qərarına gəlib.
KONKRET.az TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.
“İyunun 25-də Rumıniyanın Rusiya Federasiyasındakı səfiri Kristian İstrat Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb. Ona Sankt-Peterburqdakı Rumıniya baş konsulunun “persona non grata” (arzuolunmaz şəxs) elan edilməsi və həmin ölkənin konsulluq idarəsinin bağlanması ilə bağlı nazirliyin notası təqdim edilib”, – deyə XİN-dən bildirilib.
Vurğulanıb ki, bu tədbirlər Buxarestin Konstansadakı Rusiya Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığın əsassız olaraq ləğv edilməsinə və onun rəhbərinin “persona non grata” elan edilməsinə cavab olaraq həyata keçirilib.
