“Bayden seçki yarışını tərk edə bilər” – NYTbackend

"Bayden seçki yarışını tərk edə bilər" - NYT

“ABŞ prezidenti Co Bayden Donald Trampla debatdan sonra seçki yarışını tərk etmək barədə düşünür”.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” siyasətçiyə yaxın mənbələrə istinadən yazır.

Belə ki, Bayden şəxsi olaraq etiraf edib ki, yaxın günlərdə amerikalıları öz işini davam etdirməyə hazır olduğuna inandıra bilməsə, namizədliyini geri götürəcək.

Baydenin başqa bir müşaviri nəşrə bildirib ki, prezident onun qarşısında duran siyasi çağırışlardan xəbərdardır.

Lakin Ağ Evin sözçüsü Endryu Bates Baydenin geri addım atması ilə bağlı xəbərin yanlış olduğunu deyib. O, hazırki prezidentin seçki kompaniyasında fəal mübarizə apardığını dilə gətirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*