Bu şəxslərin pensiya məbləği ilə bağlı MÜHÜM XƏBƏRbackend

Bu şəxslərin pensiya məbləği ilə bağlı MÜHÜM XƏBƏR

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək.

KONKRET.az xəbər verir ki, məsələ “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə siyasi vəzifəli şəxslər, deputatlar, Mərkəzi Seçki Komissiyasının üzvləri, ombudsman, Hesablama Palatasının üzvlərinə və diplomatik xidmət əməkdaşlarına konkret vəzifələr üzrə müəyyən ediləcək. Bu şəxslərlə bağlı pensiya təyinatı sistemi əhəmiyyətli dərəcədə sadələşir, onların pensiyalarının elektron qaydada, hər hansı ünvana getmədən, qısa vaxtda təyin olunmasına imkan yaranır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*