Baydenin “İranı azad edəcəyik” ifadəsi: Bu fikirdə Azərbaycan üçün mənfi olan nədir? – ACI REALLIQbackend

Baydenin “İranı azad edəcəyik” ifadəsi: Bu fikirdə Azərbaycan üçün mənfi olan nədir? – ACI REALLIQ

ABŞ prezidenti Baydenin “narahat olmayın, biz İranı azad edəcəyik” fikirləri əməlli-başlı səs-küyə səbəb olub və gündəm yaradıb. Bu açıqlamadan sonra bir çox siyasi analitiklər İrandakı etirazlarda ABŞ-ın əl izinin olduğuna dair fikirlər səsləndirməyə başlayıblar. Bəs görəsən Baydenin “İranı azad edəcəyik” deməsi, ABŞ-ın Tehrana qarşı hansısa planının olduğuna işarədir? Ümumiyyətlə İrandakı etirazlarda ABŞ-ın rolunun olması nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, hazırda ABŞ və İran arasındakı nüvə danışıqları dayandırılıb: “Tehran heç bir halda Vaşinqtonun təklif etdiyi şərtlərlə razılaşmır. ABŞ-I özünə potensial rəqib kimi gördüyündən nüvə silahına sahiblənmək uğrunda  planlarını davam etdirir. Mövcud vəziyyətdə tərəflər arasında hər hansısa bir kansensium əldə edilməsi və ya razılığa gəlinməsi mümkün deyil. Buna görə də, Bayden administrasiyası açıq şəkildə İranı demokratikləşdirəcəkləri ilə bağlı təhdidlər yağdırır.  Bu isə o deməkdir ki, ABŞ İrandakı etirazlara açıq dəstəyini ifadə edir. Prinsip etibari ilə İrandakı etirazlar daha da kəskin xarakter alır və bunu ikinci “Ərəb Baharı” kimi də xarakterizə etmək olar. Çünki prosesin təkcə İranla yekunlaşacağını düşünmürəm. Gələcəkdə Səudiyyə Ərəbistanında da bənzər formada proseslərin baş verə biləcəyini proqnozlaşdırıram”.

Ermənistan-Azərbaycan dövlət sərhədində baş verənlər Kremlin növbəti şousudur" - TURAN RZAYEV

Politoloqun sözlərinə görə Baydenin bu açıqlaması iki istiqamətdə başa düşülə bilər: “Müsbət istiqamət ondan ibarətdir ki, artıq İrandakı mövcud rejimin devrilməsi üçün ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri açıq fəaliyyət göstərərək inqilaba dəstək verəcək. İranda mövcud molla rejiminin devrilməsi ssenarisinin reallaşacağı da mümkündür. Lakin bununla yanaşı hazırda etiraz aksiyalarının formatının dəyişildiyini görürük. Yəni Cənubi Azərbaycanda proseslər müstəqillik hərəkatına doğru gedir. Ancaq Baydenin ifadəsində İran xalqının azad edilməsindən danışılır. Burada Cənubi Azərbaycan faktoru ikinci plandadır və qeyd edilmir. Belə qənaətə gəlmək olar ki, İranın ərazi bütövlüyünün qalması ABŞ üçün prioritetdir. Yalnız ABŞ-a sadiq rejimin olması Vaşinqton üçün maraqlıdır. Bunun xaricində orada yeni bir dövlətin yaranmasında Ağ Ev maraqlı deyil. Bu isə bizim üçün mənfi haldır. Amma İran bundan sonra nüvə danışıqlarında ABŞ-a güzəştə getsə və Ağ Evin təklifləri ilə razılaşsa, o zaman Vaşinqton etirazlara dəstəyini ifadə etməyə bilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*