Baydenin nəvəsi istirahət üçün TÜRKİYƏNİ SEÇDİbackend

Baydenin nəvəsi istirahət üçün TÜRKİYƏNİ SEÇDİ

ABŞ Prezidenti Co Baydenin nəvəsi, Hanter Baydenin qızı Naomi Türkiyəyə gəlib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, İzmir vilayətinin Çeşmə rayonunda istirahət edən 29 yaşlı Naomi Bayden bir gün əvvəl dostları ilə birlikdə “The Beach Of Momo”da əylənib.

Məlumata görə, prezident nəvəsini müşayiət edən böyük mühafizə dəstəsi gənc qadından əvvəl  kurorta gələrək kəşfiyyat-araşdırma işləri aparıb. Mühafizəçilər lazımi tədbirləri gördükdən sonra Naomi Bayden rəfiqələri ilə birlikdə çimərliyə daxil olub. Bütün günü xüsusi hazırlanmış lojada oturan xanım Bayden vaxtaşırı ayağa qalxıb ətrafa baxıb.

O, məkanda olduğu saatlarda mühafizəçilər çimərlikdə gözətçilik ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*