ABŞ və İsrail İrana qarşı HƏRƏKƏTƏ KEÇDİ: Tramp böyük müharibəyə başlayır… backend

ABŞ və İsrail İrana qarşı HƏRƏKƏTƏ KEÇDİ: Tramp böyük müharibəyə başlayır... 

Donald Tramp administrasiyası İrana qarşı mümkün hərbi əməliyyatların genişləndirilməsi məqsədilə İsrailə onlarla yanacaq dolduran hərbi təyyarə göndərəcək. 

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Hazırda Təl-Əviv yaxınlığındakı Ben-Qurion və ölkənin cənubundakı Ramon hava limanlarında ümumilikdə 60-a yaxın yanacaq dolduran hərbi təyyarə yerləşdirilib.

Məlumata görə, Vaşinqton onların sayını İranla müharibənin ilk mərhələsindəki səviyyəyə çatdırmağı planlaşdırır.

Nəşrin yazdığına görə, Tramp administrasiyası İrana qarşı daha genişmiqyaslı zərbələr endirmək variantını nəzərdən keçirir. Mümkün hədəflər arasında enerji infrastrukturu, o cümlədən elektrik stansiyaları, nüvə obyektləri və Pikaks dağında tikilən kompleks yer alır.

Mənbələrin bildirdiyinə görə, Donald Tramp hələ yekun qərar verməyib. Bununla belə, onun yaxın günlərdə münaqişənin daha da genişlənməsinə səbəb ola biləcək addımlar atacağı istisna deyil.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*