Şəmkirdə mübahisə zəminində qadın xəsarət alıb.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Səma Ocaqverdiyeva mübahisə edən həyat yoldaşını ayırmaq istəyərkən kəsici alətdən xəsarət alıb.
İlkin ehtimala görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs içkili halda küçədə nalayiq ifadələr işlədib. Bu zaman qadının həyat yoldaşı həmin şəxsə iradını bildirib və tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə, içkinin olan şəxs S.Ocaqverdiyevanın həyat yoldaşına kəsici alətlə xəsarət yetirmək istəyərkən qadını yaralayıb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Qeyd edək ki, şübhəli bilinən şəxsin Aslan İsmayılov (46 yaş) olduğu məlum olub və onun axtarışları davam edir
