Nikolyana qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni vəkil Aleksandr Qoçubayev məlumat verib.
“Aram Nikolyan Malatiya Polis İdarəsində saxlanılıb. İlkin məlumata görə, xuliqanlıq əlamətləri ilə cinayət işi başlanıb”, – o deyib.
Xatırladaq ki, İrəvanda Karen Dəmirçyan adına idman-konsert kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. Başlanğıc insidentsiz keçməyib. İştirakçı Aram Nikolyan Azərbaycanın bayrağı səhnəyə çıxanda onu yandırıb.
Təhlükəsizlik əməkdaşları sonuncunu yaxalayaraq səhnəni Azərbaycanın yeni bayrağı ilə təmin ediblər.
Xuraman Etibarlı,
KONKRET.az
