BƏƏ-də meymunçiçəyinə ilk yoluxma aşkar edildibackend

BƏƏ-də meymunçiçəyinə ilk yoluxma aşkar edildi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) meymunçiçəyinə ilk yoluxma aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Yoluxan şəxs Afrikadan qayıtmış 29 yaşlı qadındır. O, xəstəxanaya yerləşdirilib. Nazirlik epidemioloji vəziyyətin nəzarət altında olduğunu bildirib.

Qeyd edək ki, BƏƏ meymumçiçəyi aşkar edilmiş ikinci Yaxın Şərq ölkəsidir. Ötən şənbə İsraildə də xəstəlik aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*