Belarusda xalq milisləri YARADILIRbackend

Belarusda xalq milisləri YARADILIR

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə xalq milislərinin yaradılması haqqında qanun imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, yaşayış məntəqələrinin ərazisində hərbi vəziyyəti təmin etmək üçün ölkə vətəndaşları arasından könüllülük əsasında yaradılan silahlı birləşmələr xalq milisi sayılır.

Belarusun müdafiə naziri Viktor Xrenin bildirib ki, xalq milislərinin sayı 150 min nəfərə qədər ola bilər.

Məlumata görə, 2022-2023-cü illərdə ölkənin bəzi bölgələrində milis birləşmələri yerli hakimiyyət və hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə təcrübə keçiblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*