Belə başa düşürəm ki, Allah bizdən üz döndərib – Nikol Paşinyanbackend

Belə başa düşürəm ki, Allah bizdən üz döndərib - Nikol Paşinyan

“Siz cənnətdə yaşayırsınız”.

KONKRET.az erməni mediasına istinadla bildirir ki, bu fikri bu gün Araqatsotn bölgəsində seçki kampaniyası aparan baş nazir Nikol Paşinyan  səsləndirib.

“Belə başa düşürəm ki, Allah bizdən üz döndərib. Bura cənnətdir, ancaq bu günə qədər bu cənnətdən həzz ala bilmədik. Bu torpaqlar həqiqətən vəd edilmiş torpaqlardır ”, deyə Paşinyan vurğulayıb.

Nikol Paşinyan Araqotsotnu “Cənnət Baxçası” ilə müqayisə edib.

“Biz cənnətdə yaşayırıq, amma ölkəmizi cənnətə çevirə bilmədik. Bu böyüklükdə bir ölkədə yaşayarkən, böyük bir ölkədə yaşadığımızın fərqinə varmadıq ”, deyə əlavə edib.

Baş nazir bu dövrdə müəyyən qüvvələrin hakimiyyəti ələ keçirmək istədiklərini, ancaq nəyin bahasına olursa  olsun hakimiyyəti qoruduqlarını qeyd edib.

“Biz bu dövləti bizim üçün deyil, sizin üçün qoruduq və qoruyacağıq” , deyə Araqatsotn sakinlərini arxayın edib.

Xuraman Etibarlı

KONKRET.az 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*