Bələdiyyə seçkilərinə qatılan namizəd güllələndi – ANBAAN VİDEObackend

Bələdiyyə seçkilərinə qatılan namizəd güllələndi - ANBAAN VİDEO

Meksikanın Gerrero ştatının Koyuka de Benitez şəhərinin bələdiyyəsinə namizəd Alfredo Kabrera öldürülüb. Həmin anlar kameralara da düşüb.

KONKRET.az xəbər verir ki, namizəd seçkiqabağı kampaniyanın bağlanışı zamanı sui-qəsdə məruz qalıb.

Həmin anlar kameralar tərəfindən lentə alınıb. Namizədin yoluna davam etmək üçün tərəfdarlarına arxa çevirdiyi və bu zaman əli silah olan şəxsin peyda olduğu və ən azı iki dəfə atəş açdığı görünür.

Guerrero Əyalət Prokurorluğu namizədə qarşı törədilən ağır cinayətə görə istintaq işi başlatdığını açıqlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*