Belousov ilk dəfə hərbi geyimdə göründü – VİDEObackend

Belousov ilk dəfə hərbi geyimdə göründü - VİDEO

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videobağlantı vasitəsilə növbəti görüş keçirib.

KONKRET.az xəbər verir ki, iclasda Müdafiə Nazirliyinin yeni rəhbəri Andrey Belousov ilk dəfə olaraq hərbi geyimdə ictimaiyyət qarşısına çıxıb.

Formasındakı çiyin qayışları ona ordu generalı rütbəsi veriləcəyi ilə bağlı ehtimallar yaradıb. Lakin müdafiə nazirinə hələki faktiki olaraq yeni hərbi rütbə verilməyib.

Qeyd olunur ki, bu kimi yüksək dərəcəli rütbə Rusiya Prezidentinin fərmanları ilə verilir. Andrey Belousov Rusiya Federasiyasının həqiqi dövlət müşaviri, ordu generalı hərbi rütbəsinə uyğun gələn birinci dərəcəli rütbəyə malikdir.

.

Burhan,

KONKRET.az

 

 

 

 

  • MİRi
    İyun 4, 2024 - 20:06

    Azərbaycan Rusiyanın bir vilayəti boydadlr -Ramiz Mehdiyev isə ölkədə ən yüksək rütbəni özümə verdirib və o ordu generalı-yəni həqiqi dövlət müşaviri idi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*