Belqorod və Kursk şəhərləri PUA hücumuna məruz qaldıbackend

Belqorod və Kursk şəhərləri PUA hücumuna məruz qaldı

Rusiyanın Belqorod və Kursk şəhərləri Ukrayna PUA-larının hədəfinə çevrilib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, daha güclü partlayışlar bir neçə kilometr aralıda, Baxmaç kəndində hiss olunub. Zərbə təyyarə təmiri zavodu və alternativ aerodrom istiqamətində endirilib.

Xatırladaq ki, vurulan zavod uzaqmənzilli dronlar istehsal edib. İşçilər iddia edirlər ki, bu PUA-lar aerodromdan buraxılıb və Belqorod və Kursk bölgələrinə hücum üçün istifadə olunub. Partlayışdan sonra ona yaxın təcili yardım maşını şəhərin mərkəzindən aerodrom istiqamətində hərəkət edib.

Rəsmilər Pitomnik kəndindəki dəmir yolu qovşağına diqqət yetirməyə çağırıb. Burada kamuflyaj torunun altında gizlədilmiş hərbi yüklər, həmçinin Armaturnı və Döküm-mexanika zavodlarının ərazilərində hərbi yük maşınlarının və mülki yük maşınlarının intensiv hərəkəti müşahidə olunur.

İyulun 4-nə keçən gecə Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsini atəşə tutub. Borisovka-Baitsurı avtomobil yolunun hissəsində pilotsuz təyyarə iki avtomobilin üzərinə partlayıcı qurğu atıb, nəticədə dörd mülki şəxs yaralanıb.

Orxan

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*