Bərdədə sahibkarı cərəyan vurub.
KONKRET.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə dünən saat 10 radələrində baş verib.
Kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsən oğlu Həsənov Bərdə rayonu Mollalı kəndindəki fermasında heyvanları yemləyən zaman elektrik cərəyanının vurması nəticəsində ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
