Qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş – FOTOLARbackend

Qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş – FOTOLAR

Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri imiş.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Opel” markalı avtomobillə toqquşan “Tofaş”da həlak olan 37 yaşlı Sənan Dərgahquliyev ölkənin qərb bölgəsində tanınmış el sənətkarı olan Aşıq Hüsən Şəmistanoğlunun övladıdır.

Qəzada Sənanın 8 yaşlı qızı Güllər və 2018-ci il təvəllüdlü bacısı oğlu Məhəmməd də ölüb. Onun həyat yoldaşı 30 yaşlı Türkan Dərgahquliyeva isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həmçinin digər avtomobilin sürücüsü İttifaq Müsəddirov da hadisə yerində həlak olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

usaq5
WhatsApp Image 2026 11 18 at 20.50.08 2
WhatsApp Image 2026 11 18 at 20.50.08
asiq1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*